İnterpress.az xəbər verir ki, xeyriyyə tədbiri Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliğini nəzərdə tutur.
Tədbir Nizami rayonu, Heydər Əliyev prospekti 199 unvanındakı “Maf klub”da keciriləcək.
Xeyriyyə konsertinə ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, KİV və QHT təmsilçiləri, iş adamları qatılacaq. Tanınmış müğənnilər öz çıxışları ilə aksiyaya dəstək verəcək.
Toplanan ianələr DİN-nin İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürülərək qurbanların ehtiyaclarına xərclənəcək.
İnterpress.az