İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Qaradağ rayonunda yerləşən yarımstansiyanın ərazisində baş verib. Nəticədə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub.
Daha bir yanğın Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan kafedə baş verib. Nəticədə kafenin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
İnterpress.az