İnterpress.az xəbər verir ki, hadisə bu ilin fevralın 3-də baş versə də Amerika Hərbi Hava Qüvvələri (HHQ) bu barədə ancaq bir ay sonra məlumat verib. Peyk 20 il idi orbitdə uçurdu.
ABŞ HHQ-nin nümayəndəsi Endi Roukun sözlərinə görə, peykin yaşı 20 ildir və baş verən hadisə də enerji sistemindəki problemlərlə əlaqədardır. Partlayış nəticəsində peyk 43 yerə ayrılıb.
“DMSP 5D-2/F13” peyki kosmosa 1995-ci il martın 24-də çıxarılıb. Aparatın ağırlığı 830 kiloqram olub və yeri 102 dəqiqəyə dövr edib.
İnterpress.az