Donetskdə şaxtada baş verən partlayışda ölənlərin sayı 32 nəfərə çatıb. Bu barədə məlumatı Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman verib.
Ölü sayının artacağı istisna edilmir.
11:45
***
Torpaq altında onlarla adamın qaldığı deyilir. İnterpress.az xəbər verir ki, ilkin məlumatlara görə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Seperatçı Donetsk “respublikası”nın nümayəndəsi bildirib ki, partlayışın qaz-hava qatışığından baş verməsi ehtimal olunur. Əvvəlcə torpaq altında 47 nəfərin olduğu deyilirdi. Sonra bu rəqəm 73 nəfər olduğu bildirilib.
İnterpress.az