Fövqəladə Hallar Nazirliyi Nizami rayonu ərazisində intihara cəhd edən şəxslə bağlı məlumat yayıb. “112” qaynar telefon xəttinə 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Əlavə məlumat veriləcək.
13:34
***
Bu dəqiqələrdə yaşı təxminən 30-35 olan bir kişi paytaxtın Nizami rayonunda, “Vosmoy bazarı” adlandırılan alqı-satqı mərkəzinin yaxınlığında fəaliyyət göstərən “Lotos” Ticarət Mərkəzinin yerləşdiyi binanın damına çıxaraq intihar edəcəyini bəyan edir.
İntihara cəhd göstərən şəxs telekanalların əməkdaşlarının ora gəlməsini tələb edir.
Şahidlərin sözlərinə görə, o, əlində bıçaq tutub və tələblərinini yerinə yetirilməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirir. ( musavat.com )
İnterpress.az