Poçt işçisi təqribən 13 min məktubu oğurlayıb. İnterpress.az xəbər verir ki, qanun pozucusu aşkar olunaraq cəzalandırılıb. Fransa məhkəməsi paçtalyona 6 ay şərti cəza verib və 4 min avro cərimə kəsib.
Poçtalyon oğurladığı bütün məktubları özündə saxlayıb. Onların arasında ən “yaşlısı” 2001-ci ilə aiddir. Poçt idarəsinin nümayəndəsinin sözlərinə görə, o, parıldayan əşyalara maraq göstərən şəxs olub: “Bəzi məktubların forma və rəngləri paçtalyonun xoşuna gəldiyi üçün özündə saxlayıb”.
Məlumata görə, paçtalyon oğurladığı məktubları evinin damında saxlayıb.
İnterpress.az