İnterpress.az xəbər verir ki, nazir çıxışında “Biz Milli Yaddaş İnstitutu, deputatlarla birgə kommunist və faşist ideologiyalarının qadağan olunması barədə qanun layihəsi hazırlamışıq və yaxın günlərdə parlamentə təqdim olunacaq” deyə bildirib.
Sənədin Ali Radada qəbul olunacağı təqdirdə Ədliyyə Nazirliyi açıq şəkildə kommunist və faşist ideyalarını müdafiə edən partiyaların qeydiyyatını ləğv edə biəcək. Petrenko bildirib ki, bu, yaxın günlərdə Ukrayna Kommunist Partiysının (UKP) bağlanmasını asanlaşdıracaq.
Xatırladaq ki, ötən ilin 8 iyulunda Ədliyyə Nazirliyi UKP-nin fəaliyyətinin qadağan olunması üçün məhkəməyə müraciət edib. İyulun 24-də Ali Radanın o vaxtkı sədri Aleksandr Truçinov UKP-nın buraxıldığını elan edib. UKP üzvləri barədə Rusiya meyl, seperatçıları dəstəkləmə, seperatizm və ərazi bütölüyünə qarşı gəlmək faktlarıyla bağlı 308 cinayət işi açılıb. 2015-ci il fevralın 18-də Kiyevin Adminstrativ Dairə Məhkəməsinin hakimləri UKP-nin qapadılması işinə baxmaqdan imtina ediblər.
Qeyd edək ki, Ali Radaya keçirilən növbədənkənar seçkilərdə UKP 5%-lik baryeri aşa bilməmişdi.
İnterpress.az