İnterpress.az xəbər verir ki, hadisə martın 3-də, ştatın paytaxtı Patnadan 120 kilometr aralıdakı Sitamarxi rayonunda baş verib. İki nəfər yerində keçinib, üç nəfər isə yaralanıb. Ağır yaralı olan digər iki nəfər isə xəstəxanada vəfat edib.
Yerli rəsmilərin sözlərinə görə, kəndlilərdə qorxu yaradan vəhşiləşmiş fil hələlik yaxalanmayıb. Məlumata görə, fil qonşu Müzəffərpur rayonuyla sərhəddə görünür. Heyvanın saxlanılması üçün əlavə qüvvələr gətirilib.
İnterpress.az