Hadisə dəmiryol xəttinin rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. Qusarçaydan-Xaçmaz istiqamətində hərəkətdə olan Dəmiryol Kontakt Şəbəkə rayonuna məxsus drezin 1964-cü il təvəllüdlü Xaçmaz rayon sakini Gülnaz Məmmədovanı vurub.
Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.