İnterpress.az xəbər verir ki, tələbələr məktubda türk dilinin İranda rəsmi dövlət dili olmasını tələb ediblər. Tələbələrin sözlərinə görə, Ruhani prezident seçkisi zamanı verdiyi vədləri yerinə yetirməlidir.
Belə ki, Konstitusiya yenidən nəzərdən keçirilərək türklərə qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır.
İranın müxtəlif universitetlərində təhsil alan tələbələrin ad-soyadlarından ibarət siyahı prezidentlə bərabər əlaqədar dövlət qurumlarına da təqdim edilib. Kampaniyanı başladan bəzi tələbələrə artıq təzyiqlər edilib. Muğanın Parsabad bölgəsində yaşayan Atabəy Sepehri polis tərəfindən saxlanılıb.
İnterpress.az