İrandan qaçıb keşiş oldubackend

İrandan qaçıb keşiş oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ailəsinin köməyi ilə İrandakı molla rejimindən qaçaraq Danimarkaya gedən Məsud bir il sonra xristian olub.

“İslam qanun dinidir, xristianlıq isə bağışlayan dindir. Onun üçün də xristianlığı seçdim. Ömrümün yarısı İranda keçdi. İslam dini qaydaları ilə böyüdüm. Xristianlıq haqqında heç bir şey bilmirdim. 1985-ci ildə

İrandan qaçdıqdan sonra ilk dəfə burada kilsə zənginin səsini eşitdim və xristian dinini öyrənməyə başladım. Zamanla xristian yoldaşlarım oldu və onların sayəsində dinimi dəyişdim. Mənə iki din arasındakı fərqi soruşsanız, 5 hərfli sözlə ifadə edə bilərəm. İslam qanun, xristianlıq isə bağışlayan dindir. Moizə oxuyarkən hər iki dinin yaxşı tərəflərini deməyə çalışıram” deyə, o bildirib. Məsud din dəyişdirdiyi üçün İranda yaşayan atasının onun bağışladığını bildirib.

İnterpress.az