O bildirib ki, rusiyalılar razılaşmadan sonra sonra müharibəni davam etdirdi və nəticədə yüzlərlə əsgər döyüş meydanında qaldı.
Kuçma qeyd edib ki, Rusiyanın Ukraynasız dünyada vəziyyəti, əlbətdə Ukrayna ilə bir yerdə olduğu kimi yaxşı ola bilməzdi. Buna görə də Rusiya üçün başlıca şey Ukraynanı Avropa Birliyinə buraxmamaq, onun doğurdan da güclü, inkişaf edən iqtisadiyyat qurması və bu qəbildən Rusiyaya nümunə olmasına imkan verməməkdir.
Kuçma həmçinin Minsk razılaşmasında iştirak edən ölkələri Rusiyanın hərəkətlərinə yetərincə reaksiya verməməkdə günahlandırıb.
Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər atəşkəs elan etməli ,2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idi.
Amma bundan sonra separatçılar Debaltseve şəhərini ələ keçirdi və tərəflər ağır silahları bu günlərdə geri çəkməyə başladı.
Bu prosesi ATƏT-in müşahidəçiləri də təsdiqləməlidir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 6 mindən çox adam ölüb.
İnterpress.az