“The Telegraph” qəzetinin məlumatına görə, Çexiya 950-ci illərdən bəri davam edən 3,5 kvadrat kilometr mübahisəli ərazini Polşaya verəcək. İnterpress.az xəbər verir ki, rəsmi Praqa Varşavaya soyuq müharibə illərində SSRİ-nin təzyiqiylə təyin edilmiş ümumi sərhədlərini dəyişmək barədə təklif edib.
Çexiya tərəfi onda olan ərazinin bir hissəsini “qonşuluq münasibətlərini inkişaf etdirmək” üçün verməyə hazırdır. Hazırda Praqa təklifinə cavab gözləyir. Çexiyanın baş naziri Boquslav Sobotka bildirib ki, Polşa öz ərazisini geri alacaq:“Ancaq bu işin təfərrüatları gizli aparıldığı üçün heç bir məlumat verə bilmərik”.
Praqa bunun qarşılığında Polşadan mübahisəli əraziyə görə kompensasiya təklif edib. Ancaq Varşava bundan imtina edib. Çexiya mətbuatına görə, söhbət Şimali Moraviya və Şimali Bohemiya ərazilərindən gedir.
İnterpress.az