AŞPA-dan Azərbaycan səfərinə dair bəyanatbackend

AŞPA-dan Azərbaycan səfərinə dair bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.

Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.

Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.

İnterpress.az