Polisi bölmədə döydülərbackend

Polisi bölmədə döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Miraqil Qiyasovun xidməti otağında dindirmə zamanı baş verib.

Narkotik vasitələrin daşınması və satılmasında təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Şəfa İsmayılov saxlanılıb.

Onun barəsində olan Cinayət İşi üzrə dindirilmə zamanı 22-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1990-cı il təvəllüdlü Sehran Əkbərovu söyərək yumruqla sifətinə vurub.

Bundan sonra saxlanılan şəxslə polis baş leytenantı dava edib. Nəticədə hər ikisi xəsarət alıb.

S.Əkbərov Daxili İşlər Nazirliyinin hospitalına müraciət edib.

Faktla bağlı araşdırma aparılır. ( qafqazinfo.az )

İnterpress.az