Müxalifətçilər avtobusu yandırdıbackend

Müxalifətçilər avtobusu yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücum edənər avtobusa yandırıcı butulkalar atıblar. İnterpress.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb və 7 nəfər yaralanıb. Məlumata görə yaralılardan ikisinin vəziyyəti ağırdır.

Son günlər etirazçılar 20-dən çox maşını yandırıb. Onların çoxu avtobuslardır. Hücumçular bununla paytaxt Dəkkəni nəqliyyat blokadasına almaq istəyirlər.

Banqladeşdə müxalifət bu il yanvarın 1-də Millətçi Partiyasının lideri və keçmiş baş nazir Xalidi Ziya yeni ümumxalq seçkiləri keçirməyə çağıraraq tərəfdarlarını küçələrə çıxmağa çağırandan sonra aksiyalara başlayıb.

Fevralın 25-də məhkəmə Xalid Ziyanı korrupsiya ittihamıyla həbs edib. Onu xeyriyyə fondundan 600 min dollar mənimsəməkdə ittiham edirlər. Onu ömürlük həbs gözləyir. İlin əvvəlindən başlayan aksiyalarda 120-dən çox adam ölüb, 400-dən çox müxalif həbs olunub.

İnterpress.az