İnterpress.az xəbər verir ki, “The Dallas Morning” qəzetinin xəbərinə görə, 36 yaxşı Əhməd Əl- Cumayli Dallaş şəhərində ailəsiylə fotoşəkil çəkərkən gülləylə yaralanıb. Əl-Cumayli xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Cumayli 20 gün əvvəl İraqdan ABŞ-a, Texasda yaşayan qayınatası Məhəmməd Altaenin yanına gəlmişdi. Dallas polisi Cumaylinin öldürülməsində şübhəli bilinən iki nəfərin axtarışına başlayıb.
İnterpress.az