Mahnıya görə qan düşdübackend

Mahnıya görə qan düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kafedə Ağdam sakini Vüqar Quliyev sifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. O, özü üçün musiqi sifariş verərək dinləyirmiş.

Bu zaman başqa bir müştəri – Ramil Mayılov müsiqiçilərə yaxınlaşaraq ayrı mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.

Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.

Maraqlıdır ki, hər iki şəxs fəhləliklə məşğul olur. ( milli.az )

İnterpress.az