İnterpress.az bu barədə İtar-Tass-a istinadən məlumat verir.
Xəbərə görə barədə Rusiyanın Qaçaqmal Narkotiklə Mübarizə Federal Xidmətinin başçısı Viktor İvanova istinadən bildirilib.
“Bizim hesablamalarımıza görə, İŞİD terro qruplaşması hər il əfqan mənşəli narkotikin tranzitindən 1 milyard dollar gəlir əldə edir” – deyib İvanov.
Bundan öncə BMT Təhlükəsizlik Şurası vətəndaş müharibəsinin getdiyi Suriyadan olan qədim əşyaların satılmasına dair bütün ticari sövdələşmələri qadağan edib. Məlumata görə, İŞİD və “əl- Qaiada” təmsilçilərindən mal almaqla qaydanı pozan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur.
Təşkilat həmçinin, ölkələri girovlara görə pul təzminatı ödəməməyə səsləyib.
İnterpress.az