Soydaşımız qətlə yetirildibackend

Soydaşımız qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaşayan soydaşlarımızın verdiyi məlumata görə, hadisə Voronej vilayətində baş verib. Əslən Zaqatala rayonunun Qandax kəndindən olan Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Şahin Mustafa oğlu Həsənov naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Mərhumun cənazəsi dəfn olunmaq üçün doğulduğu Zaqatala rayonuna yola salınıb.

Soydaşlarımızın dediyinə görə, Ş. Həsənovun Rusiyada törətdiyi ağır cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum edilən qardaşı Həsən Həsənov da bir neçə il əvvəl Rusiya həbsxanasında dünyasını dəyişibmiş.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Qandax kəndi üzrə icra nümayəndəliyindən APA-ya bildirilib ki, mərhumun cənazəsi bu gün rayona gətirilərək doğulduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, qətlə yetirilən Ş. Həsənov Rusiyada bizneslə məşğul olurdu.

İnterpress.az