İnterpress.az xəbər verir ki, ABŞ-ın Ohoya ştatının 20 yaşlı sakini Kristofer Li Kornell yerli telekanala zəng edərək etiraf edib ki, İŞİD üzvüdür. Bir saatlıq müsahibədə o həmçinin bilrib ki, ABŞ-ın terrorçuların bazalarına aviazərbəlr vurmasına görə hökumət üzvlərini öldürmək istəyirmiş.
Çinçinati şəhərinin sakini qeyd edib ki, öncə ABŞ prezidentinin başından güllə ilə vurardı, daha sonra isə Konqress üzvlərini öldürərdi.
Kornelin vəkilləri məhkəmədə çəkilişin qadağan olunması barədə vəsadət qaldırsalar da, hakimlər telekanala məhkəmə iclasını lentə almağa incazə veriblər.
İnterpress.az