İŞİD-ə sarsıdıcı zərbəbackend

İŞİD-ə sarsıdıcı zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İraq ordusunun koalisiya qüvvələrinin havadan dəstək verdiyi əməliyyatlarında Səlahəddin və Anbar vilayətlərində 386 İŞİD terrorçusu öldürülüb.

İraq Müdafiə Nazirliyinin məlumatına görə, artıq bəzi yerlər İŞİD-dan geri alınır. Əməliyyatların birinci və ikinci mərhələsi tamamlanıb.

Nazirliyin mətbuata verdiyi görüntülərdə Diyalə rayonundan Səlahəddin rayonuna tərəf gedən ordu qüvvələrinin Hmrin bölgəsi ilə Əl Zarqa körpüsü və ətrafdakı kəndlərin terrorçuulardan təmizləndiyi görünür. Tikrit şəhərini mühasirəyə alan əsgərlər İŞİD-ın mövqelərini top və raketlərlə atəş altında saxlayırlar.

Ordunun ələ keçirdiyi yerlərdə İŞİD özünə aid silah sursat anbarlarını məhv etdiyi görünüb. Hərbçilər Tikritə doğru hücumu davam etdirirlər. Bundan əlavə Anbar vilayətində keçirilən əməliyyatlarda artıq 13 kənd İŞİD-dan təmizlənib.

İnterpress.az