8 Mart-da hava necə olacaq?backend

8 Mart-da hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı, axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Martın 9-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

İnterpress.az