Türkiyənin Baş naziri Əhməd Davudoğlunun qızı Həcər Büke “Dünya Səmti Müəyyənetmə 2015” məktəblərarası çempionatında iştirak edəcək.
Çempionat 18-24 aprel tarixlərində Antalyanın Kəmər bölgəsində keçiriləcək.
Davudoğlunun 14 yaşlı qızı Həcər Büke komanda yoldaşlarıyla birgə kompas və xəritə ilə hədəfləri tapmağa çalışacaq. Yarışlara 30 ölkədən təxminən 2 min idmançı qatılacaq.
İnterpress.az