Azərbaycanlı professor Xamneyinin səhhətindən danışdıbackend

Azərbaycanlı professor Xamneyinin səhhətindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Tehran Universitetinin azərbaycanlı dekanı Seyid Məhəmməd Mərəndi bildirib. İnterpress.az xəbər verir ki, professor Mərəndi bir neçə ay əvvəl Xamneyini əməliyyat edən cərrahın oğludur. Milliyyətcə azərbaycanlı olan cərrah isə o zamandan etibarən Xamneyinin şəxsi həkimidir. Professor Mərəndinin sözlərinə görə, Xamneyi hətta dağ səyahətinə də çıxır: \”Mən bilirəm ki, son günlər bəzi şəxslər Xamneyi ilə görüşüb. Onun barəsində yayılan məlumat ölkədə qarışıqlıq yaratmaq cəhdidir\”. Professor Mərəndi onu da bildirib ki, Ayətullah Xamneyinin xəstəxanaya yerləşdirilməsi indiyə qədər cəmi bir dəfə xalqdan gizlədilib: \”İndiyə qədər bir dəfə belə hal olub və bu barədə İran xalqına məlumat verilməyib\”. Qeyd edək ki, Xamneyinin ağır vəziyyətdə olması barədə yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

İnterpress.az