Gümrüdə atışma: 6 yaralıbackend

Gümrüdə atışma: 6 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atışma səsləri şəhərin \”Peqas\” mağazasından eşidilib. 8 mart gecəsinə keçən gecə baş verən atışmada altı nəfər yaralanıb.

Bütün yaralılar Gümri Tibb Mərkəzinə çatdırılıblar. Yaralıların adları artıq məlumdur: Smbat Kazaryan, Qaqik Kazaryan, Knyaz Kazaryan, Vladimir Akopyan, Hamlet Qevorqyan və Qaqik Qukasyan.

İki nəfər güllə yaralanması ilə və qalan dörd nəfər sancılmış-kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə olan üç yaralı İrəvana aparılıb. Paytaxt xəstəxanasına yerləşdirilən yaralılardan ikisi – Knyaz və Qaqik Kazaryan qardaşdırlar. Üçüncü ağır yaralı isə Qaqik Qukasyandır.

Xatırladaq ki, 2007-ci ildə də eyni yerdə – \”Peqas\” mağazası ətrafında silahlı insident yaşanmışdı. O vaxt Gümrünün eks-meri Vardan Qukasyanın oğulları və \”Çiçəklənən Ermənistan\” partiyasının üzvləri arasında atışma olmuşdu. ( anspress.com )

İnterpress.az