Üzdən tanıdığı adama etibar etdi – peşman oldubackend

Üzdən tanıdığı adama etibar etdi – peşman oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1981-ci il təvəllüdlü Əliyev Eldəniz Amil oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, fevralın 22-də Nizami küçəsi 80/84-ün qarşısında üzdən tanıdığı şəxs ona yaxınlaşaraq telefonunu istəyib.

E.Əliyev telefonunu qısa danışıq üçün istəyən şəxsə verib. Lakin həmin şəxs “Blackberry” markalı telefonla danışa-danışa bir az uzaqlaşıb və aradan çıxıb.

Aparılan araşdırmalardan sonra telefonu oğurlayan şəxsin 1996-cı il təvəllüdlü Feyzullayev Ellin Rafiq oğlu olması müəyyən edilib və o saxlanılıb.

İnterpress.az