Bəzi kriminal generallar Zaxari Kalaşovun bu qərarına qarşı çıxsalar da, dəstəkləyənlər də var. \”Bu qərar çoxdan gözlənilirdi. Bu, Şakro Maladoyun qələbəsidir\” deyə kriminal generallardan biri bildirib. İnterpress.az xəbər verir ki, həmin şəxs bu qərarın Şakro üçün təhlükəli ola biləcəyini, yeni müharibənin əsasının qoyulduğunu da vurğulayıb. Xatırladaq ki, \”tacı\” əlindən alınan şəxslər arasında Namik Səlifovdan başqa daha iki azərbaycanlı var. Namik Səlifovun özünün məsələsi isə hələlik mübahisəlidir.
İnterpress.az