Belə bir təkliflə avropalı diplomat \”Welt am Sonntag\” qəzetinə müsahibəsi zamanı çıxış edib.
Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həm Avropa İttifaqına üzv olan, həm də qonşu dövlətlərdə sülhə təhdidin yaranmasının qarşısını ala bilər.
\”Ümumavropa ordusunu ani olaraq yaratmaq mümkün deyil. Lakin bu ordu Rusiyaya göstərəcək ki, biz Avropa İttifaqının dəyərlərinin qorunmasına ciddi yanaşırıq. Bununla yanaşı, ümumavropa ordusunun yaradılması bütün dünyaya göstərəcək ki, Avropa ölkələri arasında heç zaman müharibə olmayacaq. NATO ilə rəqabətdən söz gedə bilməz. Sadəcə Avropa dünyada baş verənlərə görə, çiyinlərinə daha çox məsuliyyət götürməlidir. Son zamanlar Avropa nüfuzunu itirib. Hətta xarici siyasətdə bizi ciddi qəbul edən azdır\”, – deyə Lüksemburqun keçmiş baş naziri qeyd edib.
İnterpress.az