Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev deyib.
\”Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində gələrkən Heydər Əliyev mərkəzinin qarşısından köməkçi yoldan əsas yola keçərkən yaranan sıxlığın aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirilib. Heydər Əliyev mərkəzinin qarşısından \”Bazarstore\” qovşağına qədər olan 200 metrlik hissədə yol 4,5 metr genişləndirilib. Artıq yolun asfalt-beton örtüyü vurulub, üfüqi nişanlanma xətləri rənglənib və beləliklə də həmin yolda zolaq sayı artırılıb”, – deyə P. Mürsəliyev bildirib.
Bundan başqa qurum rəsmisi bildirib ki, Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələrinin \”Bazarstore\” qovşağından Heydər Əliyev prospektinə keçərkən görüntü məhdud olduğundan manevr imkanları normal deyildi: \”Manevr imkanlarını artırmaq üçün bir az qarşı tərəfdə, görüntünün daha yaxşı olduğu ərazidə 25 metr enində olan ayrıcı yolu sökülüb və əsas yoldan köməkçi yola keçmək üçün yer düzəldilib. Bundan sonra Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələrinin \”Bazarstore\” qovşağından düşən kimi, köməkçi yola keçməsinə ehtiyac olmayacaq. Belə ki, onlar bir az qabağa gedərək orada olan ayrıcı zolaq vasitəsilə əsas yoldan köməkçi yola keçə biləcəklər. Bu da həmin ərazidəki sıxlığın aradan qalxmasına yardımçı olacaq\”.
İnterpress.az