Havalar mülayimləşirbackend

Havalar mülayimləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.

Ötən gün Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarına qar yağıb. Belə hava şəraitinin bu gün də davam edəcəyi, yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Sabahdan etibarən isə ölkə ərazisində hava şəraiti mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək.

İnterpress.az