Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, bunlar Ukrayna vətəndaşı, 56 yaşlı Maarif Əhmədov və əslən Gürcüstandan olan, Ukrayna vətəndaşı 39 yaşlı Oruc Qacarovdur.
Onun sözlərinə görə, Krasnoarmeysk şəhərində ötən həftənin cümə və çərşənbə günləri baş verən bu hücumlar əksəriyyəti hərbi paltar geyinmiş maskalı şəxslər tərəfindən törədilib. Hücum zamanı hər iki iş adamı və ailə üzvləri ağır xəsarətlər alıblar. Evi gülləbaran edən basqınçılar hadisə yerindən qaçıblar. Hər iki hadisə ilə bağlı Donetsk vilayət Milis İdarəsinə və prokurorluğuna müraciət olunub, araşdırma gedir.
Qeyd edək ki, M. Əhmədov bir müddət əvvəl Krasnoarmeysk şəhər administrasiyasında yüksək vəzifə tutub.
Qeyd edək ki, Donetsk vilayətinin Krasnoarmeysk şəhəri aktiv hərbi əməliyyatların getdiyi ərazidə yerləşmir, Ukrayna hakimiyyətinin nəzarətindədir.
İnterpress.az