Onun sözlərinə görə, vaxtilə Misirə gələn müsəlmanların Fironlar dövrünün abidələrini dağıtmaması hələ o demək deyil ki, bunu indi eləmək olmaz.
“Madam ki, Məhəmməd peyğəmbər (s) öz zamanında Məkkədə bütün bütləri məhv elədi, deməli, onun ardıcılları da bütpərəstliyə son qoymalıdırlar – baxmayaraq ki, Fironlar dövrünün abidələri indi pərəstiş obyektləri yox, yalnız tarixi abidələr və arxitektura obyektləridir” – deyib din xadimi.
Az öncə İŞİD lideri Əbu Bəkr əl-Badadi analoji təkliflə çıxış eləmişdi. O, tarixi abidələrin məhvini “dini borc” adlandırmışdı.
İnterpress.az