İnterpress.az xəbər verir ki, araşdırmalar ölümdən sonra insan bədəninin düşdüyü vəziyyətlə bağlı maraqlı məqamları ortaya qoyur. Belə ki, insan öldükdən 30 dəqiqə içində orqanizmdə refleks qalmır.
Ağız və göz qapaqları açıq qalır. İdrar və sperma axa bilir. Ölümdən sonra 10 saat içində bədən qaxaca dönür. Əgər ölüm hansısa gərginlikdən sonra baş veribsə, vücud həmin dəqiqə qurumağa başlayır. Müharibədə ölən insanların vurulduqları kimi qaxaca çevrilməsinin də səbəbi budur.
Ölüm anından başlayaraq hər saatda bədən temperaturu 1 dərəcə aşağı düşür. Əgər şəxs kökdürsə, onun daxili orqanları daha gec soyuyur. Əgər arıq və ya uşaqdırsa, daxili orqanlar daha tez soyuyur.
Ölümdən 24 saat sonra çürümə prosesi başlayır. İlk çürüyən orqanlar göz, beyin, mədə və bağırsaqlar olur.
Kök adamın cəsədi daha tez çürüyür. Uşaqlar və duzlu suda boğulanlar daha gec çürüyür. Ən gec çürüyən orqanlar ürək, böyrək və uşaqlıq yoludur. Uşaqlıq yolunun çürüməsi aylarla davam edə bilər.
İlk çürüyən orqan olan mədə və bağırsaqlarda bakteriyalar daha sürətlə hərəkət etdikləri üçün qaz əmələ gəlir. Bu qaz qarın nahiyəsinin şişməsinə səbəb olur. Dərinin üstündə yanıq yerləri kimi suluqlar yaranır, bədənin rəngi qaralır.
Ölümdən sonra saçların və dırnaqların uzandığı barədə söylənənlər də həqiqət uyğun deyil. Sadəcə dəri dartıldığı üçün dırnaqlar ortaya çıxır və uzanmış kimi görünür.
Bəziləri məzardan səslərin gəldiyini iddia edirlər. Bu səslər çürümə prosesi nəticəsində yaranır. Gündə-günə şişən qarın partlayır. Bu zaman səs məzarın yanından keçən şəxs tərəfindən də eşidilə bilər. Sümüklərin də bir-birindən ayrılması ölümün 40-cı günündə baş verir. Buna görə də həmin gün əzabın daha da azalması üçün ehsan verilir.
Orqanizmi daxildən bakteriyalar, çöldən isə milçəklər yeyir. Ət milçəyi adlı bu həşərat yeməklərini bitirdikdən sonra məhv olur. Daha sonra ölən bu milçəkləri yemək üçün cəsədə böcəklər daraşır. Sümüklər qalana qədər proses belə davam edir.
İnterpress.az