Maduro canlı yayımda bəyan edib ki, Barak Obamanın məqsədi Venesuelaya hücum etmək və ölkəni nəzarətə götürməkdir.
“Obama fiasko yolu ilə getmək qərarına gəlib. O, yaddaşlarda Corc Buş kimi qalmaq istəyir”, – deyə o vurğulayıb.
Maduro imperializmə qarşı mübarizə və sabitliyin qorunub-saxlanılması üçün parlamentdən əlavə səlahiyyətlər istəyəcəyini də bəyan edib.
Xatırladaq ki, martın 9-da Obama Venesuela hökumətinin 7 üzvünə qarşı sanksiyaların tətbiqinə dair sənəd imzalayıb. Vaşinqton həmin şəxsləri Venesuela vətəndaşlarının hüquqlarını pozmaqda və korrupsiyada ittiham edir.
İnterpress.az