“WhatsApp”dan səsli zəngbackend

“WhatsApp”dan səsli zəng

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni versiya ilə mobil mesajlaşma proqramına zəng xüsusiyyəti də əlavə edilib.

İlk fazada “Android” sistemi ilə çalışan ağıllı cihazlarda istifadə olunan yeni xüsusiyyət, istifadəçilərə “Skype” və “Viber” kimi səsli danışıq xidməti təqdim edir.

SƏSLİ ZƏNG FUNKSİYASI NECƏ AKTİV EDİLİR?

“WhatsApp”ın yeni xüsusiyyətini ağıllı telefonlarında istifadə etmək istəyən istifadəçilərin etməsi lazım olan prosedur olduqca sadədir. Mobil cihazları ilə “WhatsApp”ın rəsmi internet səhifəsinə girən istifadəçilər burada download (endir) düyməsinə basaraq yeni versiyanı cihazlarına yükləyirlər. Yeni xüsusiyyətin “iOS” və “Blackberry” kimi platformalara nə zaman gələcəyi haqda isə hələlik rəsmi bir açıqlama verilməyib. İnternet üzərindən ödənişsiz olaraq həyata keçiriləcək olan səsli zəng xidmətinin çox yaxtında bütün dünyaya təqdim edilməsi gözlənilir. ( marja.az )

İnterpress.az