20 yaşlı qız intihara cəhd edibbackend

20 yaşlı qız intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Balaxanı qəsəbəsi yaxınlığında məskunlaşan məcburi köçkün ailələrindən birində 20 yaşlı qız intihara cəhd edib.

Axşam saat 22 radələrində 20 yaşlı S.Q. çoxlu sayda dərman qəbul edib. Onu huşsuz vəziyyətdə anası tapıb. Qadının hay-küyünə atası və qardaşları gəlib. S.Q. təcili xəstəxanaya aparılıb. Həkimlərin səyi nəticəsində, çətinliklə də olsa qızın həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, 8 mart Beynəlxalq Qadınlar günündə S.Q. sevdiyi oğlandan hədiyyə almayıb. Nə səbəbə təbrik edilmədiyini öyrənmək üçün sevgilisinə zəng vuran qız \”qəlbindən vurulub\”.

\”Biz artıq sevgili deyilik. Bizim sevgimiz bu qədərmiş. Artıq səni sevmirəm!\”, – deyə gənc oğlan sevgilisinə sərt cavab verib.

S.Q, gözləmədiyi cavabı alıb və depresiyaya düşüb. Onun üçün artıq həyatın bitdiyini düşünən gənc qız, həyatına son qoymaq istəyib.

Qeyd edək ki, hazırda qızın vəziyyəti yaxşıdır və həyatı üçün heç bir təhlükə yoxdur. Onun kimliyi isə etika naminə gizlədilir. ( anspress.com )

İnterpress.az