Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 1993-cü il təvəllüdlü Əliyev Rahib Yaşar oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyələrindən 3 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Belə ki, gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ( apa )
İnterpress.az