Səbaildə 40 min nəfər tibbi müayinədən keçibbackend

Səbaildə 40 min nəfər tibbi müayinədən keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon icra hakimiyyətindən İnterpress.az-a verilən məlumata görə, rayonda 25 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların da əksəriyəti əsaslı təmir olunub. Rayonda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb. Həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir.

Rayonda kedən işlər İcra Hakimiyyətinin tam nəzarətində həyata keçirilir. Mərkəzdəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub. Fevralın 2-dən bu günə kimi artıq rayon üzrə 38536 nəfərin müayinələrdən keçməsi təmin olunub.

1 saylı şəhər poliklinikasının şöbə müdiri Esmira Məmmədova “Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Poliklinika ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunub. Burada tibbi müayinələrlə əlaqədar həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir” deyə bildirib.

İnterpress.az