Bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin toplantısında qəbul edilib.
Ancaq Komitə idmançılara təzyiq göstərməyəcək. Bakıya getmək qərarını erməni idmançıları müstəqil şəkildə özləri verəcək.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Levon Culfalakyan Bakıya getməyin əleyhinə olduğunu bildirmişdi.
Ermənistanın idman naziri Qabriel Kazaryan isə erməni idmançılarının Avropa Oyunlarında iştirakının vacib olduğunu bildirmişdi.
İnterpress.az