Misirin Sinay polis bazasına bomba hücumu olubbackend

Misirin Sinay polis bazasına bomba hücumu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bombalı hücum nəticəsində bir mülki şəxsi həlak olub, 24 polis işçisi isə yaralanıb, rəsmilər deyir

Hücum çərşənbə axşamı, səhər tezdən, Əl-Araş əyalətinin mərkəzi şəhərində baş verib, mənbədən bildirilir.

Hadisə bölgədə keçirilməsi planlaşdırılan böyük investisiya konfransı ərəfəsində baş verib.

Misir uzun müddətdir ki, Sinay yarımadasında islamçı qiyamçılara qarşı mübarizə aparır. Onlar 2013-cü ildə prezident Morsinin devrilməsindən sonra daha da fəallaşıblar.

Daha əvvəl baş vermiş hücumlara görə Ənsar Beyt Əl-Məqdis (Qüds Çempionları) kimi tanınan qruplaşma günahlandırılır.

Lakin çərşənbə axşamı baş vermiş hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.

Reuters xəbər agentliyinə danışan təhülkəsizlik mənbələri bildirib ki, polis bombaçının kazarmaya daxil olmasının qarşısını alıb və mülki şəxs hücum baş verərkən oradan təsadüfən keçib.

İnterpress.az