İstanbulda 39-cu \”İstanbul Jewelry Show\” qızıl sərgisi qapılarını açıb.
Sərginin ən dəyərli nümunələrindən biri də xüsusi olaraq hazırlanan və tamamilə qızıldan ibarət olan qılıncdır. 8 kq qızıldan hazırlanan qılınc Sultan Mehmetin orjinal qılıncı ilə demək olar ki, eynidir. Onun üzərində yazılan ayələr belə eynidir.
Qılıncın uzunluğu 125 sm-dir. Onun dəyəri isə 1 milyon dollardır. Bu bahalı əşyanı \”2014 Best Model Of Turkey\” yarışmasının qalibi olan aktyor Caner Tanrıverdi nümayiş etdirib.
Bu bahalı silahın üzərində bir necə usta 4 həftə boyunca işləyib.
İnterpress.az