İranda turizm bumubackend

İranda turizm bumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu turizm sektoruna İranın vitse-prezidenti Məsud Sultanifər vəd edib.

İnterpress.az xəbər verir ki, vitse-prezident İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanın turizm üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

“Business Insider”in məlumatına görə, razılaşmadan ən çox turizm sektoru qazanacaq: “Nüvə proqramı ilə bağlı razılaşma və iqtisadi sanksiyaların götürülməsi turizm sektorunu inkişaf etdirəcək”.

Qeyd edək ki, İran turistlərin diqqətini cəlb etmək üçün viza qaydalarında dəyişiklik edib. Turist vizalarının müddəti 15 gündən bir aya qədər uzadılıb. Ölkədə 200 yeni otelin tikilməsi nəzərdə tutulub. Gələn ildən etibarən isə vizaların elektron qaydada verilməsi nəzərdə tutulur.

İnterpress.az