Quba-Xaçmaz: Ölüm yolu – FOTObackend

Quba-Xaçmaz: Ölüm yolu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın bölgə müxbiri ölüm faktlarının çoxluğunu nəzərə alaraq, yol üzərində cərgəylə düzülən irigövdəli ağacların əkilmə qaydası ilə maraqlanıb.

Bu yoldan istifadə edən sürücülər hər an təhlükə ilə üz-üzə olduqlarını vurğulayıblar.

İnterpress.az-ın araşdırması göstərib ki, avtomobil hər hansı səbəbdən yoldan cıxaraq yol kənarındakı ağaca çırpıldığı zaman digər maneələrdən fərqli olaraq ağacın gövdəsi deformasiyaya uğramır və zərbənın bütün deformasiya gücü kicik bir sahəni əhatə edərək avtomobilin salonuna doğru yönəlir. Bu isə salonun ciddi deformasiyaya uğramasına, salondakı sürücü və ya sərnişinlərin ciddi xəsarətlər almasına gətirib cixarır.

6 saylı Quba Yol İstismarı İdarəsinin rəsmisi Aydəmir Manafov bu məsələnin onları da ciddi narahat etdiyini qeyd edərək, yolun yenidən qurulmasına və 4 zolaqlı yol çəkilməsinə ehtiyac olduğunu bildirib.

Quba-Xaçmaz: Ölüm yolu - FOTO

Quba-Xaçmaz: Ölüm yolu - FOTO

Quba-Xaçmaz: Ölüm yolu - FOTO

Xanım MƏMMƏDOVA
İnterpress.az