Tərkib:
4-5 ədəd pomidor
1 ədəd kök
1 diş sarımsaq
2-3 dəfnə yarpağı
½ ədəd baş soğan
150 ml qaymaq
40 qr kərə yağı
40 qr parmezan pendiri
2 ç.q. tomat pastası
250 ml su
Duz, istiot
Hazırlanması:
Pomidorun qabığı soyulub xırda doğranır.
Soğan, sarımsaq xırda doğranıb yağda qızardılır.
Üzərinə sütrgəcdən keçirilmiş kök, dəfnə yarpağı, tomat pastası,pomidor əlavə edilib qovrulur.
Kütləyə su, duz, istiot qatılıb qaynadılır.
Qaymaq qatılıb süzgəcdən keçirilir.
Şorba blenderdən keçirilir, üzərinə parmezan pendiri qoyulub servis edilir.
İnterpress.az