Naxçıvanın Dənə lobyasıbackend

Naxçıvanın Dənə lobyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
300 qr sümüklü dana əti
2 st. qırmızı lobya
1 ədəd baş soğan
50 qr kərə yağı
2 ədəd kartof
1 x.q. tomat pastası və ya 2 x.q. pomidor suyu
Bir çimdik sarıkök
Nanə qurusu
Duz, istiot

Hazırlanması:
Lobya axşamdan isladılıb duzlu suda bişirilir.
Kartof dördkünc doğranır.
Ət tikələrə bölünüb suda qaynadılır.
Üzərinə kərə yağı, bütöv soğan, sarıkök, duz və istiot əlavə olunub bişirilir.
Ət bişənə yaxın üzərinə lobya, kartof əlavə edilib qarışdırılır.
Tomat 0,5 st bulyonun suyunda qarışdırılıb şorbaya qatılır.

İnterpress.az