Siyənək balığından salat – FOTObackend

Siyənək balığından salat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
500 q duzlu siyənəy (kürü);
2-4 çuğundur;
4-5 ədəd kartofu;
2-3 kök;
4-5 ədəd yumurta;
1ədəd soğan –;
250 q mayonez və ya xama;
Konservləşdirmiş yaşıl noxud;
Cəfəri- salatı bəzəmək üçün

Hazırlanması:

Boşqabda doğranmış siyənəyi yerləşdirib, üzərinə mayonez çəkirik.

İkinci qata soğanı yığırıq. Onu incə yarımhalqalar şəklində doğramaq lazımdır. Kəskin acı daddan tərəvəzi qurtarmaq üçün, yarımhalqaları qaynar suyla yandırmaq tövsiyə edilir. Uzun müddət isti suda soğanı saxlamaq məsləhət görülmür, o xırtıltını itirəcək.

Sonra sürtkəcdən keçirilmiş kartofun növbəsidir. Onun ardınca sürtkəcdən keçirilmiş kökün və yumurta ağının qatları gəlir. Hər düzülmüş qatı mayonezlə çəkmək lazımdır. Salatın yuxarı hissəsində çuğunduru düzürük.

Son çuğundur qatını düzdükdən sonra, əlləriniz vasitəsi ilə salatı formaya sala bilərsiniz.

Siyənək balığından salat - FOTO

Siyənək balığından salat - FOTO

Siyənək balığından salat - FOTO

İnterpress.az