İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ölümlə həyat arasında bağ qurduqlarına inandıqları üçün ölüləri məzardan çıxarma ənənəsini davam etdirən kəndlilər, özlərinin bu şəkildə atalarının adını daşımağa layiq olduqlarına inanırlar.
Məzardan çıxartma fəaliyyətinə qatılan kəndlilər, ölən ailələrini yad etmək üçün iştirakçılara qurbanlıq ət və plov paylayırlar.
3 gün davam edən ənənədə, ilk gün kənddəki bütün xalq yeməyə dəvət edilir.
2. gün \’\’ Hira Gaşy \’\’ adı verilən ənənəvi musiqilər yoldaşlığında rəqslər edilir.
3. gün isə ölüləri məzardan çıxartma əməliyyatı başlayır.
Məzardan çıxardılan ölülər, köhnə kefənlərinden çıxarılıb yeni kəfənə sarılır.
Köhnə kəfənlər uşaqları olsun deyə sonsuz qadınlara ya da şans gətirdiyinə inanan kəndlilərə təqdim edilir.
Yeni kəfən geydirilən cənazələr, quruması üçün gözlədildikdən sonra 7 dəfə məzarının ətrafında çevirilərək rəqslər yoldaşlığında məzarlarına geri buraxılır.
İnterpress.az