Siqareti tərgitmək istəyənlər üçün XÜSUSİ İÇKİbackend

Siqareti tərgitmək istəyənlər üçün XÜSUSİ İÇKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ailem.az-ın sizə verəcəyi bu qarışımla siqareti tərgitmək daha asan olacaq. Səhər yuxudan duranda bu qarışımdan içsəniz, gün boyu siqaret ehtiyacınızı ödəmiş olacaqsınız.

Siqareti tərgitməyə kömək edən C vitaminli qarışım:

Lazım olanlar:

1 ədəd limon

1 ədəd portağal

1 ədəd kök

1 çay qaşığı rəndələnmiş zəncəfil

15 üzüm giləsi

1 stəkan jenşen tozu

1 litr su

Hazırlanması:

Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.

Siqareti tərgitmək istəyənlər üçün XÜSUSİ İÇKİ

İnterpress.az