İnterpress.az xəbər verir ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası müxtəlif ölkələrdən olan ictimai xadimləri, KİV rəhbərləri və təmsilçilərini “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif edib.
UQTMŞ Rəyasət Heyəti Sədrinin müavini Vilayət Xəlilovun təqdimatı əsasında, Ukrayna ilə bağlı informasiyaların yayılmasında, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi və Ukraynanın dövlət maraqlarını dəstəklədiyinə görə İnterpress Media Qrupun rəhbəri, Azərbaycan Türkiyə Evinin icraçı direktoru və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili ”UQTMŞ 5 ili” yubiley medalı ilə təltif edilib.
Təltif edilənlərdən 23 nəfəri Azərbaycanın tanınmış KİV rəhbərləri, jurnalisti, media yazarları və ictimai xadimləridir. Medalların təqdim edilmə mərasimləri iki həftə ərsizdə UQTMŞ-nın səlahiyyətli nümayəndələri tərəfindən Kiyevdə, Vinniçada, Bakıda, Ankarda və Marneulidə təşkil ediləcək.
“Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif olunan şəxslərin tam siyahısı:
Ukrayna vətəndaşları
Volovodyuk Volodimr Volodimroviç
Malinovskaya Olqa Oleqovna
Şuljenko Sergey Qriqoroviç
Şurin Andrey Romanoviç
Azərbaycan vətəndaşları
Abışova Vüsalə Mahir qızı
Ağacanov Elçin Alı oğlu
Allahverdiyev Toğrul Ağəli oğlu
Allahverənov Azər Kərim oğlu
Babyev Ziya Şakir oğlu
Bəşirov Ruslan Cəlil oğlu
Qafarov Əfqan Məhəmməd oğlu
Qəribli Məmmədəli Qərib oğlu
Quliyeva Aynur Camal qızı
Ələsgərli Əfsanə Bayram qızı
Əliyev Məğrur Möhtərəm oğlu
Əliyevə Arifə Vahid qızı
Əhədov Əlişir Alxas oğlu
Hüseynov Nicat Sakit oğlu
Cəbrayılov Ramil Əfqan oğlu
Cəfərov Mənsur Rəğəbət oğlu
Canbaxışlı Nahid Baxışəli
Zeynallı Əvəz Tapdıq oğlu
Mirzə Afiq Yelmar oğlu
Fərəcov Aqil ələsgər oğlu
Şərif Gülxar Cəbrail
Şəfiyev Nadir Yusuf oğlu
Gürcüstan vətəndaşları
Əliyev Sərkərdə Sərxan oğlu
Bayramova Samirə Teymurxan qızı
Məmmədov Azər Süleyman oğlu
Məmmədov Nizami Zilli oğlu
Qazaxstan vətəndaşları
Sailaukizi Alma
Xametjanova Aida Kıdırbekovna
Türkiyə vətəndaşları
Ahmet Aydın Ali Sait
Muhammet Kutlu Nazim
İncedere Suat Namaz
Soğuksu Muharrem Akif
Polşa vətəndaşları
Kosiçinska Kladiya Maqdalena
Mamon Marçin
Çieslavska Anna
Yaponiya vətəndaşı
Vakizaka Keisuke Yudji
Özbəkistan vətəndaşı:
Salamov Şuxrat Nasiroviç
Tunis vətəndaşı
Dridi Xaled Ben Belqasem
Belorusiya vətəndaşı
Ostrovskiy Aleksandr Aleksandroviç
“Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı 10 iyun 2017-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının yaradılmasının 5 illik yubileyi münasibəti ilə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib və həmin medalla Ukrayna vətəndaşları, xarici vətəndaşlar və yaxud vətəndaşlığı olmayan şəxslər təltif edilir. 2017-ci ildə medall 53 şəxs, 2018-ci ildə 7 şəxs bu medalla təltif edilmişlər.
Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə, Kiyevdə keçirilən Ukrayna Qarapapaq Türklərinin 1-ci Məclisində təsis edilib. 6 may 2014-cü ildə Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən təkrarən, Ümumukrayna İctimi Birliyi statusunda dövlət qeydiyyatına alınıb. Hazırda Ukraynanın ən böyük ictimai birliklərində birdir. UQTMŞ-nın Ukraynaın 24 vilayətində rəsmi qeydiyyatdan keçmiş 24 vilayət təşkilatı fəaliyyət göstərir. Mərkəzi Mənzil-Qərargahı Vinniça şəhərində yerləşir.
İnterpress.az